VETSEL – Azərbaycan Baytarlıq Bazarının Lider Tərəfdaşı
Keyfiyyət və etibarlılıq standartlarını yüksəltmək üçün fəaliyyət göstəririk
VETSEL MMC olaraq, Azərbaycanın baytarlıq sektorunda keyfiyyət və etibarlılıq standartlarını yüksəltmək üçün fəaliyyət göstəririk. Biz sadəcə bir distribyutor deyil, qlobal istehsalçılarla yerli baytarlar arasında körpü rolunu oynayan, dövlət lisenziyasına sahib rəsmi tərəfdaşıq. Ölkə daxilində 300-dən çox baytarlıq aptekiyə və klinikaya birbaşa çıxışımızla, heyvan sağlamlığı üçün ən müasir həlləri təmin edirik.
Missiyamız
Etibarlı preparatlarla baytar təcrübəsini gücləndirmək.
Biz sadəcə məhsul tədarükçüsü deyilik. VETSEL MMC olaraq, hər bir baytar həkimin gündəlik praktikasında etibar edə biləcəyi tərəfdaş olmağı hədəfləyirik. Missiyamız – Azərbaycan bazarını yerli və beynəlxalq standartlara uyğun, yüksək keyfiyyətli, müasir və effektiv baytarlıq preparatları ilə təmin etmək, tərəfdaşlarımıza sürətli çatdırılma və peşəkar dəstək göstərməklə onların işinə dəyər qatmaqdır.

Dəyərlərimiz
Peşəkarlıq
Satış və baytarlıq sahəsində 7 ildən artıq təcrübəyə malik komandamızla xidmətinizdəyik. Ştatımızda fəaliyyət göstərən peşəkar baytar həkimlər sayəsində sektorun dilini ən yaxşı biz anlayırıq.
Şəffaflıq
Bütün fəaliyyətimiz rəsmi dövlət lisenziyalarına və qanunvericiliyə tam uyğundur. Tərəfdaşlarımızla açıq, dürüst və uzunmüddətli əməkdaşlıq quraq, qeydiyyatdan satışa qədər hər mərhələdə şəffaf işləyirik.
İnnovasiya
Bazarın tələblərini analiz edərək ən yeni və effektiv dərmanları ölkəyə gətiririk. Müasir anbar infrastrukturu və logistika sistemimizlə məhsulları keyfiyyətini itirmədən ən ucqar nöqtələrə çatdırırıq.
Bizim Yolumuz
Təməl atılması
Azərbaycan bazarında baytarlıq sahəsindəki boşluqları doldurmaq və etibarlı preparat təchizatçısı olmaq missiyası ilə yola çıxdıq.
Böyümə və İnkişaf
Məhsul çeşidimizi genişləndirərək, qeydiyyat, idxal və gömrük rəsmiləşdirməsi kimi mürəkkəb prosesləri öz üzərimizə götürdük və texniki dəstək xidmətlərimizi gücləndirdik.
Bugün
Bu gün VETSEL, Azərbaycanın hər bölgəsində fəaliyyət göstərən baytarların və apteklərin etibarlı tərəfdaşıdır. Güclü logistika şəbəkəmiz və geniş müştəri bazamızla sektora yön veririk.
Komandamız
Vetsel MMC-də hər bir komanda üzvü baytar sağlamlığı sahəsində təcrübəli və peşəkarlara yüksək keyfiyyətli xidmət göstərməyə həsr olunmuş mütəxəssisdir.
